Dilbər, nə deyim, sən kimi canan ələ düşməz
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.Ləlin kimi bir ləli-Bədəxşan ələ düşməz,Bir yerdə belə hakimi-Loğman ələ düşməz,Biçarələrin dərdinə dərman ələ düşməz.
Bir eylə nəzər ləşkəri-müjgan ələminə,Gör necə keçib hökmü onun ruyi-zəminə.Təbriz, Şəki, Gəncəvü, Kabil şəhərinə,İran ilə Turan, Hələbü, Məkkə, Mədinə,Bunlarda belə sən ciləyin can ələ düşməz.
Mən aşiq idim, şövqi onun var idi məndə,Öz aşiqinin gərdənini saldı kəməndə,Kişmir, Xəta, Misr, Buxaravü Xütəndə,Movsul şəhəri, Çin ilə Maçinü Yəməndə,Gərçi gəzələr Rum, Ərəbistan, ələ düşməz.
Əlqissə ki, yüz kafər ola, yüz də müsəlmanTövrat ilə Incil, Zəbur, ayəti-Quran,Tiflis, Irəvan, Şamü Cəbəl, cümlə Trabzan,Dərbənd, Quba, Bakı, Şamaxilə Sifahan,Yüz seyr oluna külli-Dağıstan ələ düşməz.
Nə mazi, müzaredə nəvəxanü xoşəlhan,Nə Məğribü Məşriqdə əcayib belə insan,Fihinnə vəmin heysü hüvə leysə kamakan,Bilsə qədirin Vaqifin, eylər ona ehsan,Əz ruzi-əzəl mən kimi ətşan ələ düşməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-dilber-ne-deyim-sen-kimi-canan-ele-dusmez
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,
Ey Kəbəm, Kərbəlam, Məkkəm, MədinəmEy Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,Bir zaman kuyində ziyarətimdir.
TüfəngMolla Pənah Vaqif**Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!