Bir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,Qaşı yay, kirpikləri türfə xədəngi sevmişəm,Ox atıb qanlar tökən türkanə cəngi sevmişəm,Halə rəhmi gəlməyən bir bağrısəngi sevmişəm.

Naz ilə sərxoş gedəndə ol gözəllər sərvəri,İki yandan mövc edir zərrin kəlağey ucləri,Bir mələkdir, sanasan, uçmağa açmış şəhpəri,Rövzeyi-kuyi Mədinə, qaşı Kəbə minbəri,Arizi üzrə Həcər tərhində bəngi sevmişəm.

Bad əsib üzdən niqabı açılanda gah-gah,Şöləsindən gün olur göydə xəcil, şərməndə mah,Gərdəni, qəddi tamam göyçək, rüxü süni-ilah,Sərbəsər əndamı ağ, qaşı, gözü, saçı siyah,Al hənadan lalərəng gülgunə çəngi sevmişəm.

Hər zaman kim, ol sənəm gedir qabağımdan mənim,Başadək bir od düşər, yanar ayağımdan mənim,Göy dəyir bir-birinə ahi-fəğanımdan mənim,Kəsmə mina qülqülün, saqi, qulağımdan mənim,Xəndeyi-cananə bənzər mən bu həngi sevmişəm.

Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır,Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır.Gözlərindən ələman kim, canımın cəlladıdır.Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,Deməyin, Sənan kimi azıb firəngi sevmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love