Bir sənəmin sinəsinə muştağam,Cox cəkirəm ahu zarı, şamama!Mən ha qaldım həsrət, əlim yetişməz,Sən get, gör cananı barı, şamama.

Mətləbidir bir novrəstə – konlumun,Olmadı dərmanı xəstə konlumun,Onun ucun bu şikəstə konlumunNə səbri var, nə qərarı, şamama!

Yaxa acıb ta ki, sinə gostərdin,Sərasər bağrımı qana dondərdin,Mənim dərdimdəndir sənin də dərdin,Rəngindir nə yavuz sarı, şamama!

Mənim yarım bir əcaib dilbərdir,Uzu təzə guldur, zulfu ənbərdir,Sanasan ki, iki qəndu şəkərdirQoynundakı qoşa narı, şamama!

Qurbanam Vaqifin bu xaməsinəKi, yazar dərdini dost naməsinə,Yetə bilməz yarın şamaməsinə,Olsa bu dunyanın varı şamama!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love