Mən gedim
Yari-vəfadarım, gəl halallaşaq,Hökm gəlib Naxçıvana mən gedim.Bir uzax səfərdi, gedən qayıtmaz,Dolubdu peymanam cana, mən gedim.
Yar olan yar ilə gəzər vəfadar,Dost, düşmən içində etmə məni xar,Fikir çəkib olma məndən intizar,Qaranlıxdı, ol dumana mən gedim.
İş qatma sən Aşıq Söyün işinə,Hərcayı söz haçan gələr guşuna,Naxçıvanda ağkeşişin qızına,Gədəlik eyliyim xana, mən gedim.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-men-gedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?
Hey yayaQaşı cəllad, gözü fitnə, cadukün,Bənzətmişəm məh camalın hey yaya.