Yeri dağlar, sənlə həmdəm olmaram,Dağlar, əsirgədin qarı da məndən,Seyrağıbın tənə-tənə sözləri,Bir gün ayrı salar yarı da məndən.

O köynəyin, o çarpazın, bu bağın,O süsənin, o sünbülün, bu bağın,Nə müddətdi bağbanıydım bu bağın,Bağban, əsirgədin barı da məndən.

Boylanırsan oğrun, baxırsan qıyqac,Dodağın şərbəti dərdimə əlac,Hüseyni elədin zəlili möhtac,Aldı bu dövləti, varı da məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring