Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,Zənəxdanın çöhrəsi xal, necə qoyum qiyməti,Boyu uzun, gərdən uca, nazik bel əcəm qızı.

Zülfün kəmənd, sal boynuma, özün çıxar bazara,Ovçuların şikarısan, səni sallam güzara,Səni görən yəqin bil ki, tez-gec düşər azara,Danışıban canım alma, şirin dil əcəm qızı.

Mənəm Söyün, yəqin bil ki, çoxdu mənim azarım,Dostlarım xain çıxıbdı, bağlanıbdı bazarım,Səni gördüm dərdim artdı, badə düşdü güzarım,Gülüstanda ötən mənəm, yəqin bil, əcəm qızı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love