Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı, Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı, Zənəxdanın çöhrəsi xal, necə qoyum qiyməti, Boyu uzun, gərdən uca, nazik bel əcəm qızı.