Verir
Bir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.Dindirirsən danışmağa, nalə verir asmana,Nə yerdədi, nə göydədi, sədri üstə yan verir.
Bir başı var, bir ayağı, gör neçə damağı var,İki qolu, bir boğazı, tək bircə dodağı var.Əyləşibdi bir məqamda, neçə min oylağı var,Qoy eşitsin, hamı bilsin, hər gələnə nan verir.
Gəl biçarə Aşıq Hüseyn, qıl sözünü müxtəsər,Abi onun bol olanda olur dəli, dəngəsər,Eşidənlər, fikir verin bu sözümə sərbəsər,Əgər ki, ağam olmasa, sidqinə güman verir.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-verir
Use ← → keys to move, R for a random poem
More by this author
Reyhan*İki aşıq bir meydanda tapılsa,
Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəriAşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.Dedi:
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşüMənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Ey məni-bimarni biçarə qılğan, xanisən?Ey məni-bimarni biçarə qılğan, xanisən?Xanümanimdən məni avərə qılğan, xanisən?
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi