Zalım fələk, səndən şikayətim var,Aman fələk, nə gətirdin başıma.Məni cida saldın sən tay-tuşumdan,Niyə zəhər qatdın şirin aşıma.

Belə yerlər qalsın görüm virana,Əlim çatmır indi dağa, arana,Bir atımı verdim tipi borana,Bir baxın yox gözdən axan yaşıma.

Mən Hüseynəm, yada saldım elimi,Soyuq tutdu dəhanımı, dilimi,Bir bülbüləm, cida salıdm gülümü,Dost sözün almadım əbəs guşuma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets