Azərbaycan sürudu
Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
Ey vətənim, düşmən əcəb bağrını alqan elədi,Soydu pəzalətlə səni, zülmlə talan elədi,Bağlarını vurdu xəzan, gör necə viran elədi,Zülmət keçib döndü zaman, Azərbaycan, Azərbaycan,Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan!
Keçmişinə baxmalıdır pirü cavan ibrət ilə,Hazır olub ellərimiz intiqama qeyrət ilə,Məqsədimiz var ki, səni azad edək sürət ilə,Müstəbidə yoxdur aman, Azərbaycan, Azərbaycan,Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan!
Bəsləmisən, şanlı Vətən, naz ilə öz övladını,Mən də gərək cəhd eləyib ərşə ucaldam adını,Hümmət ilə parçalayıb məhv eləyim cəlladını.Vəqti-səadətdir oyan, Azərbaycan, Azərbaycan,Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan!
And içirəm namusuma, məsləkimə, vicdanıma,Gün kimi dünyada müqəddəs tanınan imanına,Ya səni azad eləyim, ya boyanım al qanıma,Haqqın üzü dönməz inan, Azərbaycan, Azərbaycan,Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/en/works/biriya-azerbaycan-surudu
Use ← → keys to move, R for a random poem
More by this author
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?