Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.

Yurdumuzu yaşadacaq adımızla sanımız,Tarixlərin zinətidir şöhrətimiz, şanımız,Hindistanın dağlarından möhkəmdir imanımız,Buna şahid bədəndəki iliyimiz, qanımız,Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.

Biz bir elik, qoy bilinsin andımzdır sözümüz,Xainlərə mərhəmətlə baxa bilməz gözümüz,Haqqımızı hifz etmişik illər boyu özümüz,Tikilməmiş yerə bizim alnıaçıq üzümüz,Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.

Bir yolumuz varsa, o da hürriyyətin yoludur,Başdan-başa ürəyimiz sədaqətlə doludur,Azəristan eli haqqın bükülməyən qoludur,Dostlarımız bizə güldür, düşmən tikan koludur.Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik.Alovlardan yaranılmış Azərbaycan eliyik.

Süd vermişdir bizə ana işığında ülkərin,Bəslənmişik qucağında al günəşin, səhərin,Hər yerini bürümüşük Qaflankuhun, Xəzərin,Alır bizdən bütün ellər sorağını zəfərin,Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland