Cavid gəlib, aç qoynunu
Tale, nə gözəl gündü bu, səninsafa gəldin.Qırx ildi gəlirdin, gəl, a Cavid,səfa gəldin.İllər külək oldu,yollar çiçək oldu,insan mələk oldu,gördün – vəfa gəldin.
Torpaq, gözün aydın,onu al bağrına, torpaq!İtkin düşən oğlun gəlir,Yoldan gəlir, yorğun gəlir,Ey ulu torpaq, ana torpaq,Cavid gəlib, aç qoynunu, bas bağrına torpaq,Onu kövrəlt, onu qızdır,O qədər həsrət olub ki,Ona yurdun qışı yazdır.Həsrət – onu mərd yıxdı ki,O insafa gəldi...Ey ayrılıq oğlu, bu Araz sahilinəsən səfa gəldin!
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-cavid-gelib-ac-qoynunu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Necə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
NeyləsinOlmasın hicrində bu könlüm pərişan, neyləsin?Etməsin öz canını qurban, neyləsin?
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.