Yuxumda, pullarıişim-işim işıldayan,gözü sudan doyanbalıq olmuşdum.Zərif-zərif qanadlarım vardı,üzürdümmavilikdə, sərinlikdə.Qorxudan, qayğıdankənarda, dərinlikdə.Yox idiadamların “mənəm” deyəni,adamların adamyeyəni,heç nə hədələmirdi məni.Yuxumda balıq olmuşdum,qorxudan, qayğıdan yuyulmuşdum.Sən demə,balıqların daözünü öyəni var,Balıqların da balıq yeyəni var.Balığın düşməni oxşadıb özünüağaca, daşa...

Bir də gördüm ağac da balıq yedi,daş da balıq yedi.Di gəl yaşa...Bir yandan dabalıqçı torları...Torlar gün işığı kimisərilib dənizə,torlar su kimi,dalğa kimisarılacaq bizə...Sonra da sahil.Di gəl, balıq olubsalamat qala bil.Öyrəndim ki,balıqlarçox az-az özləri ölür. –Tutulur,cavanı cavan,qocası qoca yeyilir.Darıxdım...çapalayıb balıq kimiyorğan-döşəkdən çıxdım.Gözümü açıbişıqlı dünyaya baxdım.Çox şükür ki,balıq deyiləm.Ürəklə durubşəhərə getdimƏşi, balıq deyiləm ki,yeyiləm.İnsanam, güclüyəm,varlıyam.İnsanam – vüqarlıyam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets