Oğlum, mən sənə aşiq olmaqla məşğulamN.Hikmət

Balam,uşağın insan olmasıuzun işdi.Bu vuruşdu, döyüşdü.Lap od içində dəata-bala fərqlidi;Biri qurudu, biri höyüşdü,biri o saat od alır,biri qovrulur;ütülür, qaralır.Ata-anaözlərinin də bir vaxtuşaq olduqlarını unudublaro illəri qoyub qaçıb,yeyib, udublar.İndi düşünməmişdanışa bilmirlər,Tez coşa bilmir,daşa bilmirlər.İndi özlərinə qala oluböz başları.Sevinci, kədəribaşlarından aşa bilmir.Balamböyük olmayıb heç vaxt.Danışır talehi-baxt.Dopdoludur,ləpələnə-ləpələnə gəzir.Gəzmir, qucaqdan-qucağa kimi üzür.Sevinci fəvvarə kimiqalxır çilənir evə,kədəri çiskin kimiələnir evə.Balam,çox qəribə iş bölgümüz var bizim.Sənin borcundur cığallıq eləyəsən,mənim borcumdur dözüm.Çörəyini qazanım gərək,ayaqların altınakörpü kimi uzanım gərək.Bəbəyimdədir yerin,ürəyimin içindədir yerin;nə qulunam sənin,nə də əsirin.Atam da mənim kimicani-dildən çalışmış...Alqış!Bizi bağlayan məhəbbətəalqış!Bu da mənə böyük hörmət imiş...Sən varsan yer üzündə,özümü öldürürəm sənin üçün,heç nə gözləmirəm əvəzində...

Hamı insan balasıdı.Hərə bir ananın, atanınözünü övlad üçün oda-suya atanıngözünün nurudur,başının bəlasıdır...Kainatdabalaca bir mənzildirYer kürəmiz.Bilmirəm niyə, ey insanlarata-bala məhəbbətiyləyaşaya bilmirik biz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets