Bu gün xoşbəxtəm
Bu gün xoşbəxtliyiməqoy qibtə etsin hamı.Dartıb cırıb yaxamı,Sərilmişəm göydəkiulduzların üstünə.Kədər dolu gözümdəşam yandırır arzular.Ürək arzusuz olsaÜrək olmaz, buz olar.Bahardan da xoşbəxtəm.Ruhum musiqi dolu,Könlüm laləli dərə.Bu gecədən vuruldumMən bütün gecələrə,
Hələ gündüzlərə də.Qəlbim dənizə bənzər,Sevincim – fırtınası.Bu boyda sevinc olmazyanasıyam, yanası.Heç yata da bilmirəm,Sevincimə bax mənim,mat qalmışam özümə.Səbəbi də heç nədir, –Bir qız gülüb üzümə.Qəribə insanlarıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-bu-gun-xosbextem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
İştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
BilməzsənKamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.