Novruz bayramı
İştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!Nə gözəl bayram... Ah, nə xoş fürsət!Sayılır əhli-zövqə bir nemət!..Böylə şad gün düşərmi bir də ələ?Keçirin beş gün ömrü ləzzət ilə.
Yalınız hanki evdə yas varsa,Bir onun borcudur ki, tutsun əza.Birinin ölsə qardaşı naçar,Qara bayram tutar... Bir adət var.Hər kimin yoxsa böylə bir üzri,Eyşü nuş eyləsin o... yox zərəri.Gərçi “əlmömünün üxüvvə” demişƏmri-peyğəmbəri hekayə imiş.Cümlə qardaş, — deyir Rəsuli-xuda,Hanki islamədir bu söz əcəba?
Bəlkə bir başqa xəlqədir bu xitab?Nəyə lazım, canım, sıxıntı, əzab.Bütün İranda, cümlə Balkanda,Çırpınır qardaşın qızıl qanda!İştə bir qətlgahə dönmüş yer!Məhv olan yüz deyil ki! Yüz mindir.Ana! Həmşirə! Ey nişanlı gəlin!Siz də əsla sıxılmayın, sevinin.Əzilib məhv olursa ailələr,Sizə aid deyil bu qəmli xəbər.Getsə iffət, kəsilsə əmcəklər,Sevinin!.. İstəməz düşüncə, kədər.
Bütün aləm dağılsa, od tutsa,Bizə lazımdır imdi zövqü səfa.Bir müsəlman ki, onda qeyrət var.Sevinir, kef edər, çalar, oynar.
Sevinin! Zurna, toy çalın, sevinin,Nə gözəl bayram! Of, gülün, sevinin!Dinə, namusa küsdünüzsə, gülün!Sevinin, həp gülün!.. Nə nəşəli gün?!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-novruz-bayrami
Use ← → keys to move, R for a random poem
More by this author
Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Niçin?Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
Niyə getdin? Niyə döndün? Niyə baxdın?Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Öksüz ƏnvərDoquz yaşında zəki, uslu bir çocuq: Ənvər...Sinifdə tam iki ildir, birincilikdə onun
Poems by other poets · Nature and spring
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır