Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets