Edər hər qəmzədən məqtul yüz canı qara gözlər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan,Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər.
Sanasan məst hindudur, girib yaya kaman eylər,Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər.
Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti,Biri xəncər çəkər, ol biri pünhani qara gözlər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq,Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-sadiq-piran-eder-her-qemzeden-meqtul-yuz-cani-qara-gozler