İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür.
İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman,
italyan və yapon nümayəndələri... Ortada ingiliz lordu yalnız oturmuşdur.

Arif. Nə məraqlı bir səyahət! Gör təsadüf bizi haralara gətirib çıqardı. Bir yandan Ispaniya faciələrini seyr etdik, bir yandan sülh qurultayını dinlədik. Imdi Isveçrənin parlaq salonlarındayıq. (İçəriyi göstərir) Baqsana, onların çoqu cəmiyyəti-əqvam ə’zalarıdır.

R ə’ n a. Təəssüf ki, bu adamlar sülh için az iş görmüşlər.

Arif. Məncə bu cəmiyyətə diplomatlar birjası demək daha

doğrudur. (Qapıya baqaraq) İştə Sovet və fransız nümayəndələri!.. (Gələnlərə yer göstərir) Buyurun, bərabər oturalım.

Sovetnümayəndəsi. Rahatsız olmayın.

Arif. Rica edirəm.

Fransıznümayəndəsi. Çoq gözəl. (Əl verib otururlar)

İb lis (gəlir, ingiliz lorduna yaqlaşır). Müsaidə buyurulurmu?

Lord. Sizinlə görüşmək böyük səadətdir.

İb lis. Düşüncəlisiniz, gözlərinizdən intizarlıya bənzəyirsiniz.

Lord. Gözəl Simayı bəkləyirəm.

İb lis. Möhtərəm lord! Siz dəmi ona vuruldunuz?

Lord. Təbii deyilmi a?

İb lis (kinayəli gülüşlə). Əvət, anlayıram.

Lord. Söylə baqalım, siyasət aləmində nələr var?

İb lis. Dünya getdikcə qarışmaq üzrədir. Hər halda ayıq davranmalısınız.

Lord. Məraq etmə, ingilizlər hiç bir zaman siyasi müvazinəyi gözdən qaçırmaz.

İb lis. İnanıram cənab lord! Sizdəki zəka bəllidir.

Lord (soğuq gülüşlə). Biz gərək sülh, gərək hərb zamanlarında

fürsətdən istifadə edilməsini gözəl bilirik. (Qədəhləri konyakla doldurur)

Şərəfinizə!

İb lis. Təşəkkür. (İçərlər)

SimaTuncərlə bərabər gəlir

Lord. İştə gözəl Sima! Onun hər duruşu, hər baqışı, hər süzülüşü, hər qıvrılışı gönlümdə dərin izlər bıraqır. Lakin, bu Tuncər dedikləri əsla məni açmayır.

İb lis. Əvət, o sanki inqilab mə’nasını təcəssüm etdirən bir heykəldir.

Lord (Simaya qarşı əyilərək yer göstərir). Buyursunlar.

Sima. Xayır, biz ayrı oturmaq istərik.

Sovetnümayəndəsi (yaqlaşır). Bizimlə oturun.

Fransıznümayəndəsi. Lütfən...

Arif. Rica edirik.

Sima. Çoq gözəl. (Əl verib otururlar)

Fransıznümayəndəsi. İsveçrə mühiti sizdə nə kibi tə’sirat bıraqdı?

Sima. Burada az-çoq gönlüm açılmağa başladı. Bu ölkənin gözəlliyi və sülhpərvərliyi məraqsız deyildir.

Sovetnümayəndəsi. O halda bizim Sovet mühitini daha çoq sevərsiniz, çünki orada sizi sevənlər çoqdur.

Sima. Təşəkkür edirəm.

Arif (xüsusi). Sən bir günəşsin ki, səmimi könüllər ancaq sənin kölgəndə ısına bilir.

Sima. Çoq lütfkarsınız.

Arif. Daha doğrusu pərəstişkarım.

R ə’ n a (yana). Oh, mənə qarşı nə sayğısızlıq!.. Yaralı gönlümü yenidən qanatmaq istəyir. (Qalqır, yanındakılara) Bağışlayın, sizdən ayrılmalıyım.

Sima. Nə oldu? Kefsizmisin?

R ə’ n a. İstirahətə ehtiyacım var.

Arif. Yalnız gedə bilirmisin?

R ə’ n a (soyuq). Əvət.

Tuncər. Müsaidənizlə mən də bərabər gəlirim.

R ə’ n a. Zəhmət etməyiniz.

Tuncər. Hiç bir zəhməti yoq. (Gedərlər).

Muzika... Salonun hər tərəfindən erkəklər, qadınlar rəqs etməyə başlar.

Almannümayəndəsi (Simayı rəqsə də’vət edər). Rica edirəm.

Sima. Bağışlayın!

İt alyannümayəndəsi (yaqlaşır). Lütfən!

Sima. Xayır, oynayamam.

Yaponnümayəndəsi (əyilərək). Təbii məni rədd etməzsiniz.

Sima. Çoq yorğunum.

Hər üçü iç salona keçib başqa xanımlarla rəqs edərlər.

Lord (İblisə). Məğrur qız, hər üçünü rədd etdi.

İb lis. Zənnimcə sizi rədd etməz.

Lord. Kim bilir!? (Doldurduğu qədəhi qaldırır) Yaşasın gözəllik və sülh pərisi!

İb lis. Xayır, hərb ilahının şərəfinə içəlim.

Lord. E’tiraz yoq.

İçərlər. Getdikcə muzikanın səsi alçalır, qaranlıqlar içində rəngarəng qıvılcımlar
uçuşmağa başlar.

İb lis (yerindən qalqaraq yüzünə düşən qızıl alav parıltısı altında, coşğun və sərxoşca ahəng ilə).

Alqış sevda gecələrini oqşayan qaranlıqlara!

Alqış qaranlıqlar içində süzülən sevimli işıqlara!

Alqış ipəklər içində qıvrılan qanatsız quşlara!

Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!

Alqış vurğun gönülləri avlayan süzgün elmaslara!

Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara!

Alqış sevinc dalğalarında qopan gizli tufanlara!

Alqış tatlı busələrdə çırpınan dəli həycanlara!

Alqış odlu küməslərə sığınan bayğın tavuslara!

Alqış incə bellərə sarılan çılğın kabuslara!

Alqış yer yüzünü sarsıdan qorqunc ilhamlara!

Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara!

Rəqs bitər, alman, italyan və yapon diplomatları son sözləri dinlər. İblisə qarşılıq
söyləyərək ayrı-ayrı qucaqlaşıb öpüşürlər.

Almannümayəndəsi. Eşq olsun dəmir və qan şüarilə köpürən al qanlara! Eşq olsun zəfər və qalibiyyət için patlayan vulkanlara!

İt alyannümayəndəsi. Eşq olsun sana!.. Səndəki qüdrət və bəlağətə!

Yaponnümayəndəsi. Eşq olsun bizə qarşı bəslədiyin sədaqətə!

Sovetnümayəndəsi (nifrətlə qarışıq kinayəli ahəng ilə yanındakılara).

Eşq olsun intiqam və ölüm sərxoşlarına!

Eşq olsun dəhşət və kin bayquşlarına!

Arif. Eşq olsun fəlakətlərdən səadət umanlara!

Eşq olsun məzlum qanilə bəslənən kor vicdanlara!

Sima (sarsılmış bir halda qalqaraq). Ah, bu acı kinayələr gönlümdə zəhərli izlər bıraqdı. Savaş meydanlarında gördüyüm vəhşətlər gözlərimdə canlandı. Bu şən və parlaq salon məni bir zindan kibi, bir məzar kibi sıqmağa başladı. (İblis ilə diplomatları göstərir) Hələ onlar!.. Onların dikənli sözləri, atəşli qırbaclar kibi beynimi yaqdı.

Sovetnümayəndəsi. Rica edirəm, öylə həzyanlara qulaq verməyin.

Sima. Xayır, getməliyim. Mən o çirkin hərəkətləri soyuq qanla tamaşa edəməm.

Arif. Yerimizi dəyişdirəlim.

Fransıznümayəndəsi. İçəriyə keçəlim.

Sima. Rahatsız olmayın, bir az təkbaşıma hava almaq istəyirəm. (Əl verir)

Arif. Yalnızmı?

Sima. Tuncər gəldi, bərabər çıqarıq.

Sovetnümayəndəsi. Çoq təəssüf!.. Bu hiç yaqşı olmadı.

Sima. Zərər yoq, sonra görüşərik. (Çıqarlar)

Lord (heyrətli baqışla Simayı arqadan süzərək). Aman nə qadar cazibəli, nə qadar şairanə!..

Fransıznümayəndəsi (lordun yanına keçərək). Əvət, o bir cənnət quşudur.

Almannümayəndəsi. Mən onu bir qartal kibi pəncəmdə xırpalamaq istərdim.

İt alyannümayəndəsi. Xayır, o eşsiz gövərçin mənim könlümdə yuva yapmalıdır.

Yaponnümayəndəsi. Məncə ən parlaq gözəllər də yalnız qüvvətə qarşı əyilirlər.

Fransıznümayəndəsi. Sima o qadar yüksək ki, hiç bir qüvvətə qarşı əyilməz.

Almannümayəndəsi (yumruğunu şiddətlə masaya vurub bağırır). Xayır, əyilər, əyilməzsə məcbur edərik.

Lord. Cənab! Bir az centlmen olmalı!.. Bu hərəkət yüksək cəmiyyətlərə yaraşmaz.

İb lis. Əvət, qüvvət və qalibiyyətdən bəhs edənlər hünərlərini salonlarda deyil, müharibə meydanlarında göstərməlidir.

Almannümayəndəsi. Biz gücsüz və aciz deyilik.

İb lis. Əfsus ki, bir əngəliniz var, o da ölkə daxilindəki işçi və əməkçilərinizdir. Onları qandırıb aldatmadıqca müvəffəqiyyət çətindir.

Almannümayəndəsi. O xüsusda sənin yardımına böyük ehtiyac var.

İb lis. Xayır, o işlərdə cənab Trotski məndən daha mahirdir. Əməkçilər və işçilər arasında olmasa da, kapitalistlər və imperialistlər yanında az-çoq nüfuzu var.

Lord. Gözəl tanıyırıq, iste’dadsız adam deyil.

İt alyannümayəndəsi. O bizim əziz və dəyərli dostumuzdur.

Yaponnümayəndəsi. Həm də bir çoq düşüncələri bizim siyasətə uyğundur.

Almannümayəndəsi. O, qoca və təcrübəli bir sosiyalistdir.

Arif. Fəqət ordusuz bir komandan!.. Gəmisiz bir kapitan!..

Sovetnümayəndəsi (Ariflə bərabər getməyə hazırlanaraq, kinli və qızğın). Xayır, xayır... O, sosyalizm üfüqlərini ləkələyən qara bulutdan başqa bir şey deyil. O, məsləkini şöhrətə satan bir dəllal, əmək dünyasını aldatan nankör bir zavallıdır. O, faşizm qapılarında sürünən yaltaq bir casus, cihan proletarlarına yeni zəncir hazırlayan şərəfsiz bir məxluqdur.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets