Enən deyiləm
Səndən, özümdən də daha bezmişəm,Özümün cəzamdı özüm dözmüşəm.Yayından ayrılmış oxam, süzmüşəm.Mən bir də geriyə dönən deyiləm.
Huşunu ayıldıb taleyin daşı,Təzədən gözündə olmuşam yaxşı.Leysana dönsə də gözünün yaşı,Sevinən deyiləm, sönən deyiləm.
Çarxım çevrilsə də, yatsa da baxtım,Sellər aparsa da demərəm: “axdım”!Görsəm ki, ucalıb göylərə qalxdın,Sən qalxan zirvəyə enən deyiləm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-enen-deyilem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
TəbimAxı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,