Ağlama
Bağırma, əzizim,Adam körpə olanda,Güc gəlməz boğazına.Əlacımız yoxdu, dözürük nazına.Sənin də qanacağın olsun,Bir susan çağın olsun.Görüm böyüyəsən səni,Özünə oxşayan çağan olsun.Vallah, yalan deyiblər sənə,Dünya lap gözəldi, ağlama,Bir də harda gəldi ağlama...Bir də nə görmüsən hələ,Dişin yox,Ağrısını biləsən.İşin yox, öhdəsindən gələsən.Məcbur olmamısan ki,Ağlamalı yerdə güləsən.Nə görmüsən hələ sən.Ağlama göz yaşın qurtarar,Böyüyəndə həsrət qalarsan,Bir gilə göz yaşına.Gəzərsən ortalıqda,Gülə-gülə öz başına.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-aglama-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
کایام هفتهای است خود آن هفته نیز نیست
GəlməsinYaqutdan, yəməndən, ləldən, gövhərdən,Yük tutmayan bu bazara gəlməsin!
Baxasan, ağlayasanBu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.
Ağı gözlərBəyzadələr məclisinə gələndə,Ağlı kamil olan a yağı gözlər.