Soyuq baxışlarından,Könülsüz söhbətindənÜşünürəm, danışma.Onsuz da eşitmirəm,Düşünürəm, danışma.

Yol zəhirmar, elə bil,Dolaşıb ayağına.Ayağını açmağaSənə kömək eləyirBu sözlərin yığını.

Görüşməyəydik gərək...Görüşmüşük, neyləyək?Söhbətin xeyri yoxdur...Heç olmasa danışma –Üşüyürəm, soyuqdur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets