Ey büti-gülrüxü sənubərqəd,Yarın olsun sənin xudayi-əhəd.Verməsin qəm sənə xudayi-cahan,Olasan şadü xürrəmü xəndan.Dün sual eylədin ki, ey novrəs,Olumu heç dərdsiz bir kəs?Ey rəfiqi-şəfiqi-ruhani,Sənə qurban bu Seyyidin cani!Dərdsiz kimsənə deyil insan,Nə bilir dərdü möhnəti heyvan.Hər kimin fəhmi çoxdu – möhnəti çox,Hər kimin əqli yoxdu – xiffəti yox.Dəhri-dun möhnəti nümayandır,Qönçələr bağrı növbənöv qandır.Gah geyər səbzələr libas əlvan,Gah olur novbahar, gah xəzan.Gah verir səbzəyə baharı bahar,Gahi üryan qılır o zarı bahar.Xah heyvan, cəmadü xah nəbatHərə bir möhnəti qılır isbat.Yoxdu bir kəs ki, dərdü qəm çəkməz,Hanı ol kimsə kim, ələm çəkməz.Ənbiyalər çəkiblə möhnətü qəm,Birinin könlü olmayıb xürrəm.Hükəmalər olub əsiri-bəla,Filosufani-əsr çəkdi cəfa.Verdilər zəhri-nab Sokratə,Nə cəfalər olubdu Buqratə,Nari-Nəmrudu gördü İbrahim,Zəkəriyya ağacda oldu dünim.Yusifi çərx saldı zindanə,Düşdü dərdü bəlayi-ixvanə.Nə bəlayə düçar olub Əyyub,Nə cəfalər çəkib dili-Yəqub.Çəkdi yüz gunə qəm şəhi-Bətha,Mahi-rəxşan, leylətül-əsra.Bu qəbil, ey nigari-məhpeykər,Övliyalər çəkib bəla yeksər.Sənə zahirdü nəqli-Kərbübəla –Ki, çəkib şahi-Kərbəla nə bəla.O vəsiyyət ki, qıldı İskəndərSənə eylər kifayət, ey dilbər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love