Ey arizi əhli-nəzərə Kəbeyi-ülya,Kəbə sənə şeyda.Kuyündü Mina aşiqə, yox-yox, dəxi əla,Qurban sənə dünya!Nazik bədənim, mahvəşim, bu nə səfərdir,Həngami-xətərdir.Hala ki, edib mehr Əsəd bürcünü məva,Var şidəti-gərma.Gün qarşısına çıxma ki, niylufəri-tərsən,Əfsürdələnərsən.Sərçeşmeyi-çeşmimdə gərəkdir sənə sükna,Ey gözləri şəhla.Ta yetməyə nazik tənüvə tabi-hərarət,Ey mahi-məlahət.Hər ləhzə günə pərdə çəkir göydə Məsiha,Ey şahidi-rəna.Ol bərgi-səmən tək ayağın qoyma rikabə,Salma məni tabə.Qurbanın olum, payi-lətifin çəgər iyza,Ey laleyi-həmra.Nazik bədənin qərq eləmə aləti-cəngə,Əl vurma tüfəngə.Çiynində tüfəng bağı əgər zəxm edə peyda,Ölləm məni-rüsva.Xəncər nə rəvadır, gözəlim, muy miyanə,Salma məni qanə.Şaxi-qətəri çəkmə gəl ağuşuva, yara,Ey yari-dilara.Gər qeyr eləyə Beyti-xudavəndi ziyarət,Həm eyləyə ricət.Pişvazə nə lazım çıxasan, ey büti-ziyba,Vey şahidi-yəğma.Ey gül, sən özün Kəbeyi-ərbabi-səfasən,Həm nuri-xudasən.Xali-siyahindir Həcərül-əsvədə həmta,Ey mayeyi-sövda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets