Dedim ki, yarə qəmi-hicr dasitanı yazım
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dedim ki, yarə qəmi-hicr dasitanı yazım,Məlalü dərdi-dili-zarü natəvanı yazım.
O şahbazi-büləndaşiyanə bir dil ilə,Bu hali-bismili-viranəaşiyanı yazım.
Gözüm qarasını həll eləyib midad içrəBu intizari-dilü çeşmi-xunfəşanı yazım.
Yazım o səngdilə şərhi-firqətin, yoxsaZəmanə dərdimi, ya qüsseyi-cahanı yazım.
Nə firqətin, nə zəmanə qəmin, nə qüssəsini,Nələr ki, başıma hicrində gəldi anı yazım?
Fəraqi-ləli-ləbində o sərvi-lalərüxün,Qəmində gözdən axan qətrə-qətrə qanı yazım.
Zibəs təpidələnir mübtəla könül, qoymazKi, ol pərivəşə mən hali-cismü canı yazım.
Maqta — the closing couplet bearing the poet’s pen name. Məbadə can çıxa, Seyyid, gedə bu namə ilə,Gərək bu naməni candan ona nihani yazım.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dedim-ki-yare-qemi-hicr-dasitani-yazim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,