Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim,Əhli-eşqi səri-kuyində fəda görmüş idim.

Kəbeyi-kuyin idi səcdəgəhi-əhli-səfa,Taqi-əbrulərüvi qiblənüma görmüş idim.

Kimə sən qəhr ilə düşnam verəydin, ey şux,Əvəzində sənə mən xeyr-dua görmüş idim.

Manim ol hüsni-cahansuz ki, məşuqumdur,Səndən, ey dilbəri-xurşidliqa, görmüş idim.

Çini-zülfündə ki, bənd idi dili-pürxunum,Nəkhət ilə onu mən müşki-Xəta görmüş idim.

Məzhər olmadı yüzün pərtövi-şəmsi-əzələ,Mən səni məzhəri-ənvari-xuda görmüş idim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hüsni-yari-əzəl olmuşdu çü səndən zahir,Seyyidin eşqini ol hüsnə rəva görmuş idim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love