Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim,Nə vəslə dəstrəs, nə fərağında taqətim.

Çox həsrətəm dübarə görüm bir cəmalüvi,Vahəsrəta, könüldə qala gər bu həsrətim.

Yetməz əlim nə çarə düşəm xaki-payüvə,Bir-bir deyim sənə ələmü dərdü mehnətim.

Eşqin məriziyəm, məni eylər bu qəm həlak,Darüşşəfayi-vəslüvə var indi hacətim.

Əzbəs ki, vəsl təşnəsiyəm, çeşmeyi-bəqaŞəhdi-zülalın olmasa etməz kifayətim.

Bilməm nədir fəqih deyən məhşəri-əzim,Hər gün ki, görməsəm üzün, oldur qiyamətim.

Duzəx səninlə xüldi-bərindən ziyadədir,Sənsiz behişt içində olur çox üqubətim.

Qurbanın eylə, qoy dolanım başuva məni,Bundan ziyadə hicrüvə yox istiqamətim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bir qəmzə ilə Seyyidi qıl şöhrəti-cahan,Yetsin səmayə ta əsəri-cahü rüfətim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation