Vətən deyib ağlayanın,Göz yaşları selə dönər.Axıb gedər gecə-gündüz,Bir məkanda gölə dönər.

Yolu yorğun dağ aşanın,Axırı yox şöhrət-şanın.Qürbət eldə yaşayanın,Bir həftəsi ilə dönər.

Bir yandadı hay-haraylar,Bir yandadı sonsuz vaylar.Çilçıraqlı çox saraylar,Yanıb-yanıb külə dönər.

Mayasıdı haqdan halal,Hər kəlməsi sirli sual.Qərib olan Miskin Abdal,Bəlkə bir gün elə dönər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation