Mənim anam
Getdin bu dünyadan həsrət, nigaran,Getdin ürəyində ayrılıq dağı.Heç bir il keçməmiş köçdü dünyadan,Tərk etdi bacım da, doğma torpağı.
O, sənsiz bir il də qala bilmədi,Mən sizsiz dözmüşəm otuz il tamam.Bir məni yadına sala bilmədi,Yumdu gözlərini qarlı bir axşam.
Dözərəm dağ kimi, ürəyimdə dağ,İllərdir gözlərim yollarda qalar.Ey vüsal, bir kərə ol bizə ortaq,Bu həsrət könlümü odlara qalar.
Ayrılıq, illərlə sınadın bizi,İstəsən gücünü yenə də göstər.Sınadın min dəfə qoca Təbrizi,Borclular borclunun sağlığın istər.
İstini, soyuğu yola salmışam,Mənə hər üzünü göstərmiş həyat.Sənə ki, deməzsən borclu qalmışam,Sındıra bilmədim səni də heyhat.
Çalxanar ürəyim dənizlər kimi,Tutular, açılar gündə yüz kərə.Mən ki, azadlığa verdim qəlbimiMən görüş vədəsi verdim ellərə.
Ana, ayrılığın həsrətində mən,İnan dözümlüydüm bu dağlar kimi.Yadıma düşəndə bəzən bacım, sən,Düşürdüm tufana budaqlar kimi.
Bu bir an olurdu, ancaq bircə an,Dayanıb dururdum yenə də mətin.Gözümə gülürdü həsrətli hicran,Fəqət ölümünə dözmək çox çətin.
Məni tənha qoydun, qoydun özünsüz,Hələ bacımı da çəkib apardın.Dözümsüz olmuşam, ana, dözümsüz,Köksümdən qəlbimi niyə qopardın?
Uzun ayrılığa dözdüm, ey ana!Ümidli illərim də harda qaldı?Qarğıyım hicrana, yoxsa dövrana,Bizim hamımızı tufana saldı.
Necə yaman imiş ölüm xəbəri,Böyük bayram imiş burda ayrılıq.Necə başa vurum qalan illəri,İnan yorulmuşam, bezmişəm artıq.
Özün qeydimə qal, özün, ey ana,Payızam, xəzantək saralmışam mən.Gəl özün həyan ol doğma balana,Sanki tənhalıqdan qaralmışam mən.
Məni qınamasın dost da, tanış da,Qaldım ayrılığın həsrətində tək.Dözərdim payız da, bahar da, qış da,Bu dərdə sinəmdə dözməyir ürək.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-menim-anam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Təranəduet*Oğlan: Sönməz gözünün atəşi bu mavi Xəzərdə,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,