duet

Oğlan: Sönməz gözünün atəşi bu mavi Xəzərdə,Nöqsan da tapılmaz, aman allah, bu gözəldə.

Qız: Yadlar da olubdur sənə heyran, mənə heyranKim ki, bizi sevmir sənə qurban, mənə qurban.

Oğlan: Sən göydə yanan ülkərim, ey yerdəki canan,İllərlə sevən yarına qıymaz belə hicran.

Qız: Hicran-vüsalın ləzzəti vardır gözəl oğlan,Eşqində oduna od tuturam, mən Gözəl oğlan.

Oğlan: Bir-bir həzin illər də keçir, köç bizə ay qız,Eyvanda durub gözləyirəm mən səni yalqız.

Oğlan və qız: Saf eşqimizi gəl yaşadaq güllü baharda,Odlar diyarı, gül diyarı, doğma diyarda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love