Dilsiz dəqiqələr
Başında ağ kəlağay,Buludlardan axır ay.Birdən yar gəlməz indi,Bu kecə nə həzindi...
...Çiynimə bir əl qonur,Baxıram, gözlər qonur.Baxışlar dupdurudur,O, ayınmı nurudur?
Tərpənməyir buludlar,Ləpələrdə sükut var.
Nə o dinir, nə də mən,Aparır bizi yelkən.Vallah, dünyaya dəyərBu dilsiz dəqiqələr...
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-dilsiz-deqiqeler
Use ← → keys to move, R for a random poem