Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,Əgər vəfalısan sən də mənim tək,Bulanıb qanına batsın bülbül.

Bir məsəldir hər ağacda bar olmaz,Tur dağı tək hər dağ laləzar olmaz,Cəfa çəkmə bivəfadan yar olmaz,Gedib bir doğru yar tutsun bülbül.

Əgər yarın bir bivəfa yar isə,Səbah-şam çəkdiyin ah-zar isə,Fərhad və Məcnuncə dərdin var isə,Gətirib dərdimə qatsın bülbül.

Qızıl gülü qara zağlar dərincə,Çöhrəsində xarlar səfa sürincə,İşqin mətaını badə verincə,Varıb bazarında satsın bülbül.

Bivəfadan ötrü çəkmə ah-zar,Niçün əhvalına olmaz əşkbar,Səhər-səhər ağlayanda zar-zar,Zabitə bir xəbər versin bülbül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love