Eylədi
Ey qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədiDil şəhrində abadanlıq qoymadıMal və mülk və xanımandan eylədi
Kürdələnib baş verübdür məməsiBədirlənmiş aya bənzər sinəsiSallananda hər bir nazü qəmzəsiSanasan ki din imandan eylədi
Əcəl peymanəsi dolsun rəqibinSaralıban rəngi solsun rəqibinGörüm üzü qarə olsun rəqibinVəfalı yarımı məndən eylədi
Məgər olmaz gözəllərin beyətiHərcayılıq olur elə sənətiBülbülü öldürdü xarın töhmətiCüda saldı o gülşəndən eylədi
Zabitəm sərimi saldım sevdayəKimsə rəhm eyləməz mən binəvayəRəqibi dost bilüb saldıq arayəSəni məndən, məni səndən eylədi
Kitabxana.az · https://kitabxana.az/en/works/zabit-el-sairi-eyledi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məni binadan bəslədi,Dağlar qoynunda, qoynunda.
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
TapılmazÜzülübdür canım el tənəsindən,Hamı deyər, Bəsti evdə tapılmaz.
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.