Məni binadan bəslədi,Dağlar qoynunda, qoynunda.TüIək tərlanlar səslədiDağlar qoynunda, qoynunda.

Dolanda igid yaşıma,Yağı çıxdı savaşıma,Dəlilər gəldi başımaDağlar qoynunda, qoynunda.

Səfər elədim hər yana,Şahları gətirdim cana,Qıratım gəldi cövlanaDağlar qoynunda, qoynunda.

Kəsdim yollar, vurdum Karvan,Çəkib soydum çox bəzirgan,Düşmanlara uddurdum qanDağlar qoynunda, qoynunda.

Əsir çəkdim Çənlibelə,Qoç Koroğlu düşdü dilə,Xan Eyvaz mənimlə beləDağlar qoynunda, qoynunda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets