O zalımdadı
Hicran sənətkarı, qəm tüccarıyam,Dərdimin dərmanı o zalımdadı.Tərifin eylərəm dəhan içində,Xalların dürrəsi1 camalındadı.
Ab-rizvan kimi yar yanına axarsan,Keçən aşiqləri oda yaxarsan,Silkinibən ucalardan baxarsan,Kəklik gülüşlərin xəyalımdadı.
Aşiq də məşuqun yandırar yanı?Münəvvər zülflərin boynum urğanı,Qurbani der: Can cananın qurbanı,Canan, ixtiyarım öz əlindədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-o-zalimdadi
Use ← → keys to move, R for a random poem