Başına döndüyüm alagöz Pəri,Bundan belə aləm olar inqilab!Bir mərhəmət qılıb, bir ehsan eylə,Sevgilim, üzündən at indi niqab.

Bağçamızda bitən narıncı gül bu,Axar gözlərimdən qətrə-qətrə su,Canı yanmış bağban, layiqdimi bu,Necə fərəhlənir gül üstə qürab?!

Gözəllər içində sən ki əlasan,Aynalar düzdürdün xəttü xala sən,İstəsən ki, canı məndən alasan,Qurbani də çəkər daim əl-əzab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring