Məni görcək ürbənd çəkdi gül üzə,Dara zülfün, qoy tökülsün gül üzə,Qorxum budu xoryat bağdan gül üzə,Kəsilə güllüyün mədarı, xanım!

Çox işlərə o, eyləyər iradə,Fələk qoymaz mən yetişəm muradə,Seyrəqib görməsin heç gün dünyadə,Heç nəcat tapmasın əğyarı, xanım!

Maral xanım naqis işlər eyləyər,Xəncər alıb ciyərimi teyləyər,Qurbani bu yarsız bağı neyləyər?Pozular ömrünün pərgarı, xanım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets