Gürcünün
Sallana-sallana üstümə vardı,Sataşdı gözümə xalı gürcünün.Apardı halımı, çəkdi huşumu,Sataşdı gözümə xalı gürcünün.
Örtüb al yanağa qırmızı lala,Boy sünbülə bənzər, qaməti dala1.Bu biçarə aşiq qurbanız ola,Üzükdən keçərdi beli gürcünün.
Qurbani der sizə: Ay gürcü qızlar,Yerdəki çiçəklər, göydə ulduzlar!Yaralıyam, yaram hey yanar, sızlar,Var olsun dünyada eli gürcünün!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-gurcunun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Böyük Sabirə
Yadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.