Qal indi
Ayrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!İçən ölməz dərdə dərman suyundan,Axar sular, tər bulaqlar, qal indi!
Bivəfasan, mən görmədim vəfanı,Çox çəkmişəm sənin cövrü cəfanı,Məndən sonra rəqib sürər səfanı,Fərş döşəli ağ otaqlar, qal indi!
İlqarsızsan, vəfan yoxdu dünyada,Dostunun sirrini verirsən yada,Şamamanı dərdirirsən xoryada,Səbzə bostan, sarı tağlar, qal indi!
Qurbaniyəm, yəqin oldu sözlərim,Eşq əlindən kabab istər gözlərim,Qan tökürsən qürbət eldə, gözlərim,Ağla, canan deyib ağla, qal indi!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-qal-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,Əvvəlcə ixtiyarı atsın gərək kənarə.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.