Ondan öldür
Başına döndüyüm, xanlarm xanı,Könlümün mətləbin bil, ondan öldür!Sən ol tanrı, mənə qəzəbnak olma,Lütf elə, üzümə gül, ondan öldür!
Qəm əhliyəm, dindirməsən dinmərəm,Eşq oduna alışmışam, sönmərəm,Ta ölüncə dediyimdən dönmərəm,Apar yar qoynuna sal, ondan öldür!
Qurbaniyəm, eşq əlindən büryanam,Ta ölüncə mən o qıza qurbanam,Qulluğunda gözü bağlı tərlanam,Çalış, şikar bəndin al, ondan öldür!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-ondan-oldur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yar məni
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Təbrizli gözələBir kitabtək qəlbini cananına aç, sevgilim,Yad sözündən, yad gözündən hər zaman qaç, sevgilim.