1-ci variant

Şahi-xuban, mənim ərzi-halımı,Əlbət, əlbət nazlı yara deyərsən!Xəstə düşdüm, qaldım onun kuyindəÜzü dönmüş sitəmkara deyərsən!

Səni o, görcəyin əlbət, dindiri,Aşiq məşuqunu oda yandırı,Dərdim anbar-anbar, dərmanım Pəri,Mən qalmışam nə avara, deyərsən!

Qazanmadıq bu dünyanm malını,Geyinmədik yaşılım, alını,Dirli Qurbaninin ərzi-halını,Yalvara-yalvara yara deyərsən!

2-ci variant

Qasid, gedər olsan yarın yanına,Mənim ərzi-halım yara deyərsən.Əgər xəbər alsa yar əhvalımı,Könlüm şikəst, günüm qara deyərsən.

Getsən, ölkəsində bir zaman yuban,Görsə, xəbər alar o şirinzəban,Sən olasan səni şahi-Xorasan,Mən qalmışam nə avara, deyərsən.

Gedərsən Pərinin xaki-rahına,Könül səcdə qılır həq dərgahına,Qəsrindən çıxanda seyrəngahınaYar yanınnan vara-vara deyərsən.

Aralıqdan haq götürsün xayını,Xain olan haqdan almaz payını,Tifil Qurbaninin ərzi-halınıYalvara-yalvara yara deyərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love