Bu dünyaya gəldi neçə alişan,
Gəl sənə söyləyim nişanbanişan.
Tur dağında min bir kəlmə danışan
Musanı da Allah özü öldürdü.
Bu dünyaya gəldi neçə min canlar...

      Mən haq aşiqiyəm, haq yola mail,
      Kitabım Qurandır, olmuşam qail.
      Ey mənim sultanım, Şah İsmayıl,
      Dərdimin əlindən fəryadə gəldim.

      Bir ah çəkdim, ahım getsin havaya,
      Manşiq olsun həm ulduza, həm Aya,
      Bir od düşsün yar əyləşən saraya,
      O da yansın, mənlə bərabər olsun.

      Bostan əkdim, tər şamama yetirdim,
      Onun suyun dağdan, daşdan gətirdim.
      Gözəlimi bu dünyada itirdim,
      Onu tapan heç rastkar olmasın.

      Urmunun yolları düzüm-düzümdü,
      Urmu karvanının yükü üzümdü.
      Gülsənəmim mənim iki gözümdü,
      Xəbər verin hardadı yarım gələ.

Random poem

More by this author

Poems by other poets · Love