Hər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.

Olmasa qabil əgər, dəhr cəfa verməz ələ,Təm biləzzət olanda necə dəndanə dəyər.

Şəm gər yansa səvadi-şəb üçün, heyf olmaz,Şöləsi çünki onun arizi-cananə dəyər.

Ülfəti-nakəsü namərd həmin söhbət imiş,Tut ki, mərd ətəgi dövləti-xaqanə dəyər.

Mən ki meydani-bəla içrə sərim top edərəm,Ta düşə əldən-ələ, axiri çövkanə dəyər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nə qədər olsa qoca, gərçi Vidadi xəstə,Genə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love