Ta ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.

Yar nədən küsdü ki, küsmək axı pisdi ki,Eşq şirin hissdi ki, şəkkərü balım gedib.

Əcl qonağım gəlib, ölməli çağım gəlib,Ömrə zavalım gəlib, ta ki, vüsalım gedib.

Arı ucuz satdılar, nəfsi uca tutdular,Xeyri-şərə qatdılar, pak halalım gedib.

Bir daha gəlməz o yar, getdi gözəl ruzigar,Gəlsə qiyamət olar, gəlməsə halım gedib

Şordu bu xakım mənim, baldı bu Baküm mənim,Şəhrimə hakim mənim çoxdu, sualım gedib.

Şuri şərin dövrünə düşdü bu ömrüm tamam,Başı bəlalım gəlib, başı havalım gedib.

Sər deyiləm sərkərəm, zər deyiləm zərgərəm,Bir döyüşən əsgərəm, ömrü məcalım gedib.

Şər qalama Pünhana, salma onu böhtana,Haqsız olan dövrana, böylə qəzalım gedib.

6 sentyabr 1996, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love