Kəlmədə məna yükü var
Necə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.
Necə qan ağlamasın göydə bu gün qarə bulud,Xəzərim üstə əgər bir qara sevda yükü var.
Dedim, ey yad, mənim tutma bu ağ balığımı,Dedi yazıq üzə bilmir qara «ikra» yükü var.
Nə qədər qız gəlinim qalmış əsir ermənidə,Papaq altındakının rəsmdü rüsva yükü var.
Demə «Azadlığımız» təmirə möhtac imiş,Demə boynunda merin saxta bir icra yükü var.
Xəzərin sahilini böylə ki, zəbt eyləmisən,Ora bir gün dəyəcək şillədə dərya yükü var.
Otuz il kafirə Sənan da çobanlıq elədi,Nə biləydi bu işin həşrdə tərsa yükü var.
Babanın sözlərini haqq mizanıyla çəkin,Ona haqdan gələn hər kəlmədə məna yükü var.
3 sentyabr 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-kelmede-mena-yuku-var
Use ← → keys to move, R for a random poem
More by this author
Yetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Formanı neynəyirsən?Dərdi verən dərmanı neynəyirsən?Mərdi qovan fərmanı neynəyirsən?
Yazan yazana söykənibFəqir bağında yel əsib, xəzan xəzana söykənib,Vəkil bağında aş bişib, qazan qazana söykənib.
İnduslar arasındaİllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.
Poems by other poets
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
YeBiz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,