— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,O nə şəhərdir, yerdən ərşə yolu var.O nə qurtdur quzularla gəzər,Qurt quzunu yeyə bilməz feyli var.

— Xəstə Qasım:Sənə xəbər verim, a Ləzgi Əhməd,Könül şəhəridir, yerdən ərşə yolu var.Mömin quzudur, şeytan isə qurt,Qurt quzunu yeyə bilməz feyli var.

— Ləzgi Əhməd:O nədir ki özü vardır, səri yox,O nədir ki eldə doğar, arı yox,O nədir ki qanadı var, pəri yox,O nədir ki qanadında xalı var.

— Xəstə Qasım:Soğulcandır özü vardır, səri yox,O ağacdır ildə doğar, arı yox,Yarasadır qanadı var, pəri yox,Kəpənəkdir qanadında xalı var.

— Ləzgi Əhməd:O nədir ki lalə onu bürüməz,O nədir ki yaz-qış qarı ərimməz,O nədir ki çox az xərc eyləməz,İnsan ilə fitnə qurar feyli var.

— Xəstə Qasım:Tur dağıdır, lalə onu bürüməz,Şah dağıdır, yaz-qış qarı ərimməz,O şeytandır, çox az xərc eyləməz,İnsan ilə fitnə qurar feyli var.

— Ləzgi Əhməd:O nədir ki özü vardır, zatı yox,Nə xələtdir tikişi yox, qatı yox,O nə şeydir dəvəsi yox, atı yox,Uzun gedər, bir tükənməz yolu var.

— Xəstə Qasım:O kölgədir özü vardır, zatı yox,O tuluqdur tikişi yox, qatı yox,O gün aydır dəvəsi yox, atı yox,Uzun gedər, bir tükənməz yolu var.

— Ləzgi Əhməd:Səndən xəbər alım, a Xəstə Qasım,O nə şəhərdir dili yoxdur, danışar.Nə qumaşdır satmaq olmaz alalar,O nədir ki dimdiyində balalar,O nədir ki baldırında balı var.

— Xəstə Qasım:Sənə xəbər verim, a Ləzgi Əhməd,Könül şəhəridir dili yoxdur, danışar.Əql bir qumaşdır satmaq olmaz alalar,O arıdır dimdiyində balalar,Şəkər qarğısıdır baldırında balı var.

— Ləzgi Əhməd:O nədir ki ləpə vurmaz bulanar,Nə bağbandır on iki bağ dolanar,

Nə şeydir ki o Allahdan sulanar,O nədir ki gözlərində yuxu var.

— Xəstə Qasım:O könüldür ləpə vurmaz bulanar,O gündür ki on iki bağ dolanar,Yer üzüdür o Allahdan sulanar,O daşlardır gözlərində yuxu var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets