Badi-Səba, tərəhhüm elə binavalərə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Badi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.Ey dost, tərkim eləmə,tərk etmərəm səni,Qiymətli Dürrsən,sata bilməm kədalərə.Çay nəqdi nimxəddə ərzandı bilmişəm,Layiq nədir bu xəndeyi-döndanümalərə.
Zahid, uduzma əqlini cənnət havasına,Hüri-behişt oxşamaz hüriliqalərə.Qəm çəkmə,sevdiyim,sənə qəm çəkmək heyfdir.Qəm yaxşıdır mənin kimi bəxti qarələrə.Bidərdlərdən umma dəva dərdə ,ey könül,Dərd əhli dərdinin yetirərlər dəvalərə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zikri-erdebili-badi-seba-terehhum-ele-binavalere
Use ← → keys to move, R for a random poem
More by this author
Cadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasındaVəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd