Göndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.

Şükri-lillah məni-bicarəyə lütfiylə yazıb,Sitəmanidən usanıb,şuxi-sitəmkər kağız.

Gər,yazam yar cəfavu qəmin itmam olmaz,Filməsəl,ruyi-zəmin olsa sərasər kağız.

Düşsə gər aşiqi məşuq cahanda hicrə,Bir-Birindən olan ,ey şux,çox istər kağız.

Yetməsə gər əlin oldaməninə cananın,Ey könül, Vallahi cananıma göndər kağız!

Eşq tökdükcə,dəmadəm qaralar nuri-qələm,Ah çəkdikcə dəyib bir-birə,titrər kağız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Müjdə,Ey Zikriyi-biçarəbu avarə,sənə,Lütf üzüylə yazıb ol qaməti-ər'ər kağız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love