Xəlçə-palaz üstə gəlir
Yetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Bilməyir yerdədi Sahib, nahaqı haqqı görür,Düşünür guya uçan xəlçə-palaz üstə gəlir.
Talayıb yurdunu, öz xalqını pis gündə qoyub,Canına qorxu düşüb, indi namaz üstə gəlir.
Polisin caynağına keçmə pulun yoxsa əgər,Səni eşşəkcə döyər - şillə qapaz üstə gəlir.
Neçə insanı güdaz eylədi öz mənsəbinə,Yetişib növbə özü indi güdaz üstə gəlir.
Səsimə səs verənin xoş səsi bülbül səsidir,Səsinə səs verənin cır səsi qaz üstə gəlir.
Pünhanam haqq sözümü xəlqə nəzir paylayaram,O səbəbdən mənə pay nəzr-niyaz üstə gəlir.
10 aprel 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-xelce-palaz-uste-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Sənə qurban kəsərəm(Bəhri-təvil)Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.
Yetmiş il keçdi(Bəhri-təvil)Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.
«Cadu» olunmuş papaqlarDeyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!
Poems by other poets · Divine love
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Xəbər verHökumət məqamında əyləşən alim,Əvvəl mənə Yamən Hudan xəbər ver.
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,