Sənə qurban kəsərəm
(Bəhri-təvil)
Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.
«Qır at»ın yox, «Qrad»ın var, «Dür at»ın yox, dürr adın var, ağılın var, savadın var və soyun var, soyadın var cihadın var Vətən uğrunda sənin, eylə hücum, sən cum, onun üstünə cum, sür maşını - at qradı, kəs başını - al muradı, qov o köpək oğlunu burdan Yerevanə, qov onu xanəbəxanə, qulağın yox, nəsilin kəs ki, yayılsın bu xəbər cümlə cahanə, bunu isbat elə dünyadə hər insanə ki, qorxutmaz əzizim, bizi bundan sonra OON, geyə min don, nə Klinton, nə Parij, Bonn, nə də London, qoyuban son, deginən onlara pardon, çaxasan başına patron, deyəsən ay kopoyoğlu Mixail, aləmi qatdın, deyəsən arzuna çatdın və müsəlmanı azaltdın, bir üzükçün elə bir cənnəti satdın, Qarabağ oldu biyaban, Bakıda doldu xiyaban, oğulum getdi əlimdən, qızımı doğradı düşmən, qana qandır demisən sən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətəninin qeyrətini qoruyan əsgər.
Bilirəm qışda başın üstdən əzizim, neçə sərt ruzgar əsir, qar ələyir, şaxta kəsir. Heç sənə lazım deyil əsla, neçə minlik «propitka», sənə bir adicə «kurtka», sənə bir tüklü «batinka», sənə bir isti «kazarma», sənə bir yaxşı «bozartma», gəl utandırma qızartma, günə yüz min qazanan, gündə gəzən yüz qızınan, öz varına özü qızınan, azəri övladlarını ki, bu qədər varlıdılar, hallıdılar, pulludular, mallıdılar... Sən nə özündən çıx, əzizim, nə də hirslən, axı sən mərdsən, igidsən, Vətən üçün bir ümidsən.
Külək ollam əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-sene-qurban-keserem
Use ← → keys to move, R for a random poem
More by this author
1905-ci ilAllahverdi səngərdən başını çıxarıb:
TəbriklərHörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.
Univermaqda qatarBir nəfər Mərkəzi Univermaqda camaatın get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:– Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?
Yanıq KərəmiBir azərbaycanlının evinə Uraldan qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O soruşur:– Eto çto za instrument?
Poems by other poets · Homeland
Vətən seylabi-istibdaddən viran olub yeksər,Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,
KabusBizə yad kabus bax kölgə salıb,Bu ölümdür, bu ölüm kölgəsidir!
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Böyük Hüseyn CavidəVarlığı həqiqət, yoxluğu yalan,Cavid! Ey ustadlar ustadı olan –